Xəbərlər


İTALİYA VƏ AZƏRBAYCAN ALİMLƏRİ ÖLKƏMİZDƏ MÖVCUD SEYSMİK TƏHLÜKƏLƏRİ MÜZAKİRƏ EDƏCƏKLƏR


13 fevral 2017-ci il
 
Fevralın 14-də İtaliyanın Milli Tədqiqatlar Şurasının Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini, o cümlədən Abşeron yarımadası və Xəzər regionunda gedən geodinamik prosesləri müzakirə edəcəklər. Bu məqsədlə italiyalı professor Luçiano Teleska GGİ-nin qonağı olacaq. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov və digər elm xadimləri, mövzu üzrə mütəxəssislər iştirak edəcəklər.
 

KİV-lərin nümayəndələri tədbirə dəvət olunurlar.

Tədbir saat 10:00-da başlayacaq.


Ünvan: Bakı ş., H.Cavid pr. 119, “Akademiya şəhərciyi”, Geologiya və Geofizika İnstitutu.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]