Xəbərlər


İNSTİTUT ƏMƏKDAŞLARININ AMEA-nın HƏQİQİ VƏ MÜXBİR ÜZVLÜYÜNƏ NƏMİZƏDLİKLƏRİ İRƏLİ SÜRÜLÜB

 

 11 yanvar 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Akademik İbrahim Quliyevin sədrlik etdiyi tədbirdə şura üzvləri geologiya üzrə fəlsəfə doktoru Fikrət Matanovu 85 illik, akademik Hətəm Quliyevi 70 illik yubileyləri münasibəti ilə təbrik ediblər.

Sonra, AMEA-nın həqiqi üzvü və müxbir üzvlüyünə olan vakant yerlərə institutun iki əməkdaşının namizədliyi müzakirə olunub. Qeyd edək ki, vakansiya “Xalq qəzeti” qəzetinin 15 dekabr 2016-cı il tarixli nömrəsində elan olunub. Şura üzvləri “Neft-qaz geologiyası” ixtisası üzrə AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvlüyünə, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun AMEA-nın müxbir üzvlüyünə namizədlikləri irəli sürülüb.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]