Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB

 
11 noyabr 2016-cı il

Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq AMEA-nın müxbir üzvü Zöhhak Abbasov Nyu-York Elmlər Akademiyasının üzvü adına layiq görülməsi münasibəti ilə təbrik olunub. Alimə adıçəkilən akademiyanın diplomu təqdim edilib və bunun GGİ üçün qürur doğuran əhəmiyyət daşıdığı bildirilib.

Sonra icrası 2016-cı ildə başa çatmış elmi-tədqiqat işləri üzrə yekun hesabatlar müzakirə olunub. “Terek-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun realizasiya şəraiti”, “Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri”, “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi” mövzularında araşdırmalar, həmçinin GGİ və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu tərəfindən birgə yaradılmış beynəlxalq laboratoriyada elmi-tədqiqat proqramlarının gedişatı haqqında çıxışlar dinlənilib.

Geologiya və Geofizika İnstitutunun analitik bazasınında hazırkı durumuna və burada görülən işlərin effektivliyinə də nəzər salınıb.

İclas təhsil və kadr məsələlərinin müzakirəsi ilə yekunlaşıb.











AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]