Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN FUTBOL KOMANDASI I SPARTAKİADANIN QALİBİ OLDULAR

 
17 oktyabr 2016-cı il

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) I Spartakiada çərçivəsində keçirilmiş futbol çempionatında birinci yerin qalibi olub. AMEA-nın elmi müəssisə və təşkilatları arasında təşkil olunmuş və “Akademiya Şəhərciyi”nin mini futbol stadionunda keçirilmiş yarışın finalında GGİ Fizika İnstitutuna 3:2 hesabı ilə qalib gəlib. İkinci yerin sahibi Fizika İnstitutu olduğu halda, üçüncü yeri Neft-Kimya Prosesləri İnstitutuna 5:0 hesabı ilə qalib gələn Genetik Ehtiyatlar İnstitutu qazanıb.

Finaldan dərhal sonra stadionda spartakiadanın bağlanış mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İsa Həbibbəyli qalibləri mükafatlandırıblar.

AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən təşkil olunmuş idman layihəsinin proqramına dama, şahmat və stolüstü tennis də daxil olub. Akademiyanın 15 elmi qurumunun həmkarlar təşkilatı layihəyə dəstək verib.

Qeyd edək ki, GGİ-nin gənclərdən ibarət komandası 2014-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “AMEA-nın Gənc Alim və Mütəxəssislərinin İnstitutlararası Futbol Çempionat”larında müvəffəqiyyətlə çıxış etmiş, ilk turnirdə qızıl, 2015-ci ildə bürünc və 2016-cı ildə gümüş medallara sahib çıxmışdılar. Spartakiadadakı qələbələr instituta sayca dördüncü mükafatını qazandırıb.








AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]