Xəbərlər


GGİ-də AKADEMİK MİDHƏT ABASOVUN XATİRƏSİ ANILIB

 
14 oktyabr 2016-cı il

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda neftçi-alim, Azərbaycan dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Midhət Abasovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş seminar keçirilib. Tədbiri AMEA-nın müxbir üzvü Zöhhak Abbasov açaraq yubiley toplantısının əhəmiyyətindən danışıb və bildirib ki, bu təşəbbüs mərhum akademikin elmi yaradıcılığına verilən dəyərdən irəli gəlir.

Sonra akademik M.Abbasovun elmi yaradıcılığını və nailiyyətlərini əks etdirən məruzələrdən ibarət çıxışlara yer verilib. AMEA-nın müxbir üzvü Qərib Calalov “Layların hidroqazdinamika üsulları və süzülmə modellərinin parametrik identifikasiyası” və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Akademik M.Abbasovun rəhbərliyi ilə yerinə yetirilmiş elmi-praktik tədqiqatlar” mövzularında çıxışlar ediblər. Akademik Hətəm Quliyev və digər institutlardan alimlər yubilyarın elmi fəaliyyətini əks etdirən çıxışları davam etdiriblər.

Seminar görkəmli alimlə bağlı xoş xatirələrdən ibarət çıxışlarla yekunlaşıb.











AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]