Xəbərlər


GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB

 
10 oktyabr 2016-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistrant, doktorant və gənc alimlərin növbəti seminarı keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrlik etdiyi tədbirdə “Abşeron arxipelaqının Pirallahi yatağı üçün məhsuldar qatın 3D petrofiziki və litoloji-fasial modelləşdirilməsi” mövzusunda məruzə dinlənilib. Əvvəlcə O.Abbasov müasir geoloji və geofiziki tədqıqatların aprılmasında, həmçinin tədqiqat obyektlərinə dair daha aydın və təfsilatlı məlumatların əldə olunmasında modelləşdirmənin rolundan danışıb və bu mənada seminarın mövzusunun xüsusi aktuallıq daşıdığını qeyd edib.

Sonra GGİ-nin Neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Leyla Şıxova qeyd olunan məruzə ilə çıxış edərək mövzu üzrə tədqiqatlarından və tətbiq etdiyi metodlardan danışıb, aldığı nəticələri həmkarları ilə bölüşüb.

Məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir mövzuya dair müzakirələrlə yekunlaşıb.









AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]