Xəbərlər


ALİMLƏRİN VYANADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAKI HAQQINDA


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, GGİ-nin Elmi Şurasının üzvü, akademik Pərviz Məmmədov və institutun gənc doktorantı İqor Pirverdiyev Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” adlı XXII beynəlxalq konfransda iştirak ediblər. İki günlük tədbirə ümumən 20-ə yaxın ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, Rusiya, Türkiyə və digərlərini təmsil edən 50-dən çox alim və mütəxəssis məruzə ilə qatılıb.

GGİ təmsilçiləri konfransda “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” adlı məruzələrlə çıxış ediblər. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


Əlaqə:
(012) 497 44 81
[email protected]