Xəbərlər


GƏNC ALİMLƏR AZYAŞLI QONAQLARA UNUDULMAZ GÜN BƏXŞ ETDİ


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunmuş tədbirdə 100-ə yaxın azyaşlı və məktəbli uşaq iştirak edib. Sehirbaz və klounların təqdimatında hazırlanmış musiqili-əyləncəli proqramlar, həmçinin köpük şousu nümayiş etdirilib. Hədiyyələr və xatirə şəkilləri ilə tamamlanan tədbir institutun balaca qonaqlarına unudulmaz gün bəxş edib.