Xəbərlər


AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ABŞ ALİMLƏRİ QAFQAZDA GEOLOJİ TƏHLÜKƏLƏRİ ÖYRƏNİR

 
Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir. “Qafqaz regionunun aktiv geodinamikası”adlı layihə çərçivəsində təşkil olunmuş işlərABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər AkademiyasıYer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur.İki illik layihə bu ilin sonunda başa çatır.Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.