Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” SEMİNARI


2016-cı il may ayının 26 saat 1500-da Geologiya və Geofizika İnstitutunun akt zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və GeofizikaRiyaziyyat və Mexanika institutlarıRespublika Seysmoloji Xidmət MərkəziBakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçiriləcəkdir.

Seminarın mövzusu: “Qazkondensat yataqlarının işlənilməsi prosesinin fiziki və riyazi modelləşdirilməsi”. Məruzəçilər: AMEA-nın müxbir üzvü Z.Y.Abbasov, AMEA-nın müxbir üzvü Q.I.Calalov, t.e.d. X.A.Feyzullayev.

SeminaraGeomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.