Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” İSTİQAMƏTİ ÜZRƏ NÖVBƏTİ SEMİNAR KEÇİRİLDİ


2015-ci il dekabr ayının 22 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Texnika elmləri doktoru Anatoliy Strekov "İstismarın son mərhələsində olan neft yataqlarında işlənilmənin effektivliyinin artırılmasının eksperimental və nəzəri tədqiqatları" mövzusunda məruzə ilə çıxış etmişdir.

Son neftvermə əmsalının artırılmasının təmin olunma məsələsində netftçıxarmanın məlum metodlarının imkanlarına həsr olunmuş elmi tədqiqat nəticələrinin icmalı yerinə yetirilmişdir.

Neftvermə əmsalına mənfi təsir edən faktorlar müəyyənləşdirilib və onların təsirinin minimumlaşdırılması üsullarının inkişaf etdirilməsi üçün yeni eksperimental tədqiqatların aparılması əsaslandırılmışdır. Eyni zamanda mövcud üsulların inkişaf perspektivləri də müzakirə edilmişdir.

Neftin sıxışdırılmasının və layın quyu ətrafının işlənilməsinin effektivliyinin artırılması üçün lay sularının işçi agent şəklində seçilməsinin əsaslandırılmışdır.


Layların minerallaşmış sularına elektrokimyəvi təsiri zamanı fiziki-kimyəvi proseslərin öyrənilməsində eksperimentlərin aparılması əsaslandırılmışdır.        

Aktiv su məhlullarının alınması üçün layların minerallaşmış sularına sabit elektrik cərəyanı ilə təsiri üzrə aparılmış eksperimentlərin nəticələri şərh olunmuşdur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.