Xəbərlər


“AKADEMİK ELM HƏFTƏLİYİ – 2015” ÇƏRÇİVƏSİNDƏ MƏRUZƏLƏR DİNLƏNİLİB


Azərbaycan Milli Elmlər Akiademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumu çərçivəsində məruzələr dinlənilib. Toplantının proqramına akademiyanın Botanika, Dendralogiya, Fiziologiya, Zoologiya və başqa institutlarının əməkdaşlarının, həmçinin müxtəlif xarici ölkələrin gənc alimlərinin 42 məruzəsi daxil edilib.