Xəbərlər


GGİ ALİMİ ANKARADA BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Geotermiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru Abdulvahab Muxtarov Ankarada Türk Mühəndis və Memar Palataları Birliyinin III Beynəlxalq geotermal konqres və sərgisində iştirak edib. Alimin “Azərbaycanda geotermal enerjinin inkişafı: şərtlər və imkanlar” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransa Türkiyə və Azərbaycandan əlavə İndoneziya, Yaponiya və digər ölkələrin də alimləri qatılıb. Səfər çərçivəsində A.Muxtarov və Hacettəpə Universitetinin əməkdaşları gələcək üçün birgə tədqiqat imkanlarını müzakirə ediblər.