Xəbərlər


GEOLOGIYA VƏ GEOFIZIKA İNSTITITUNDA “GEOMEXANIKA” SEMINARI FƏALIYYƏTƏ BAŞLAYIR


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli 5/3 nömrəli Qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika İnstitutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən «Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi» mövzusunda iş üzrə “Geomexanika” üzrə seminarlar təşkil olunacaqdır. Seminar AMEA Geologiya və Geofizika İnstitutunun direktorunun 22 iyun 2015-ci il tarixli 30 nömrəli əmrinə əsasən təşkil olunub və oktyabr ayından başlayaraq hər ayın sonuncu həftəsinin dördüncü günləri saat 15.00-da Geologiya və Geofizika İnstitutunda keçiriləcəkdir.

Seminarın ilk iclası oktyabr ayının 29-na planlaşdırılıb. Gündəlik: “Yerin daxili quruluşunun  nəzəri model parametrlərinin dəqiqliyinin və dayanıqlığının deformasiya intervalları” məruzə. Məruzəçi akademik Hətəm Quliyev. 
 
Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.