Xəbərlər


GEOLOQ VƏ GEOFİZİKLƏR ŞAGİRDLƏRLƏ GÖRÜŞƏCƏK

 
Sentyabrın 11-də saat 1400-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar tədbir keçiriləcəkdir. İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi tədbir çərçivəsində əməkdaşların 1-6-cı siniflər üzrə yeni dərs ilinə hazırlaşan övladlarına əyləncəli proqramlar, məktəb ləvazimatları və vəsaitləri təqdim olunacaqdır. Şagirdlərlə görüşdə məqsəd elmə xidmət edən vətəndaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə verməkdir.

KİV-lərin nümayəndələri tədbirə dəvət olunur.