Xəbərlər


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İZRAİLDƏ KEÇİRİLƏN BİRİNCİ DÜNYA ELM KONFRANSINDA (W=SCi) İŞTİRAK EDİR


Cari ilin avqust ayının 15-dən 21-nə qədər İzrailin Yerusaləm şəhərində birinci dünya elm konfransi (W=SCi) keçirilir. Tədbirdə 70-dən artıq ölkənin (Albaniya, Almaniya, Avstriya, Türkiyə, Boliviya, Braziliya, Çili, Çin, Koreya, Vyetnam, Danimarka, Russiya, Gürcüstan, Ukrayna, ABŞ, İtaliya, İsveç, Slovakiya, Sloveniya, Polşa, İzrail, Çexiya, Fransa, Belçika, Böyük Britaniya, Yunanıstan, Hindistan, Pakistan və başqaları) tələbələri və alimləri iştirak edir. Bu tədbirdə AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Babayev Qulam (Azərbaycandan nümayəndə heyətinin rəhbəri qismində), Baki Dövlət Universitetinin bakalavr-tələbələri, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Babayev Elvin və AMEA-nın Radiasiya Problemlər İnstitutunun əməkdaşı Nəbiyev Nicat istirak edirlər.

Tədbir mötəbər Nobel laureatların mühazirələri, İzrail Dövlətinin rəsmi şəxslərin (Nazirlərin, Universitet rektorların və digər) çıxışları, müxtəlif plenar iclasları, tələbələrin fikir mübadiləsi ilə yadda qaldı. Konfransın işi çərçivəsində AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Babayev Qulam Albaniya, Braziliya, Hindistanın, Türkiyənin, Çexiya və digər Avropa ölkələrin nümayəndə heyətinin rəhbərləri ilə və həmçinin tələbələrlə müxtəlif görüşlər keçirmiş, AMEA-nın gələcək maqistrlar və doktorantlar üçün xaricdə təhsil almaq fürsətlər haqqında, mövcud elmi əlaqələr və gələcəkdə yeni istiqamətlərin yaradılması məsələləri müzakirə etmişdir. 

Konfrans işini davam edir.