Xəbərlər


AKADEMİK HƏTƏM QULİYEV GÜRCÜSTAN RİYAZİYYAT BİRLİYİ VI-Cİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun "Tektonofizika və geomexanika" şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Gürcüstanın Şota Rustavela adına Batumi Dövlət Universitetində keçirilən VI Beynəlxalq konfransda iştirak edib. Konfransda “Bir sinif qeyri xətti parabolik tənliklərin həllərinin sonsuzluğa getməsi” mövzusunda həmmüəllifi f.r.e.d., prof. T. Hacıyev məruzə ilə çıxış edib. Məruzə böyük maraqla qarşılanıb. H. Quliyevlə bərabər konfransda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan f.r.e.d., professorlar S.Əliyev və H. Aslanov da iştirak ediblər. Konfransda Gürcüstan alimləri ilə yanaşı Rusiyadan, Ukraynadan və Türkiyədən alim və mütəxəssislər də riyaziyyatın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər.

Universitetin professoru, Gürcüstan Mühəndis Akademiyasının akademiki İ. Didmanidze ilə görüşləri olub, onunla “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat proqramı ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, gələcək illərdə bu istiqamətdə birgə tədqiqatlar planlaşdırılsın və həyata keçirilsin. 

Konfransın gedişatında Türkiyənin Uzungöl bölqəsinə bir günlük ekskursiya təşkil olunub.