Xəbərlər


AMEA GEOLOGİYA və GEOFİZİKA İNSTİTUTUNDA RƏHBƏR HEYƏTİN MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLMİŞDİR


2014-cü il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq institutda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər Heyətin MM məşqi keçirilib.

AMEA-nın Rəyasət Heyətinin II-ci Xüsusi şöbəsinin verdiyi tövsiyələr əsasında institutun Mülki Müdafiə qərargah rəisi Oqtay Fərzəliyev tərəfindən məşqin krçirilməsi üçün tələb olunan sənədlər tərtib olunmuşdur.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini – Fövqəladə Hallar komissiyasının sədri, g.m.e.d. Dadaş Hüseynov Mülki Müdafiə planının reallığının, İdarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, Rəhbər heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verib.

Məşqə AMEA  Geologiya və Geofizika institutunun Rəhbər heyəti,FH komissiyasının sədri və üzvüləri.  MM qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti cəlb olunmuşdur.

Məşqin gedişi dövründə aşağıdakı məsələlərə baxılmışdır:

MM planının dəqiqləşdirilməsi;
Rəhbər, hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyətinin öz funksional vəzifələrini bilməsi;

Məşqin sonunda
institutun elmi işlər üzrə direktor müavini – Fövqəladə Hallar komissiyasının sədri, g.m.e.d. Dadaş Hüseynov  məşq zamanı verilən göstərişlərə əsasən hər kəsin fəaliyyəti nəzərdən keçirilərək  qiymətləndirilmişdir. Aşkar olunmuş nöqsanlar qeydə alınmış və onların təkrar olunmaması məşq iştirakçılarının nəzərinə çatdırılmışdır.