Xəbərlər


İNSTİTUTDA “BAKI ELM FESTİVALI-2014” ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNMUŞ MƏRUZƏLƏR HAQQINDA


Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutununda “Bakı Elm Festivalı-2014”
çərçivəsində elmin müxtəlif sahələri üzrə məruzələr dinlənilib. Qafqaz Universitetinin gənc alimi Bəhman Məmmədov “Riyaziyyatın tədrisində əyləncəli metodlardan istifadə”, AMEA Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli “Azərbaycanda torpaqların meliorasiyasının mövcud vəziyyəti və perspektivləri”, Bakı Dövlət Universitetinin müəllimi Fərda İmanov isə “Azərbaycan Respublikasının su ehtiyatları və su təhlükəsizliyi” mövzularında çıxış ediblər. Elmi-ictimai üslubda təşkil olunmuş çıxışlar geoloq və geofiziklər tərəfindən böyük maraqla qarşılanmışdır.

Noyabrın 11-də -- festivalın 2-ci günündə AMEA-nın Aqrar Elmləri Bölməsinin elmi katibi Tubu Qasımzadə “Ekoloji normalaşdırmada tədqiqat məlumatlarının tətbiqi və populyarlaşdırılması”, Fəlsəfə və Hüquq İnstitutunun alimi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəna Mirzəyeva “Multi kulturalizm və gender”, Qafqaz Universitetinin əməkdaşı Rüfət Hüseynov “Biznesin idarə edilməsi”, Azərbaycan Memarlıq və İnşaat Universiteti, texnika elmləri doktoru, professor Fəqan Əliyev “Memarlıq və inşaat elmində yaşıl iqtisadiyyat və nanotexnologiyaların tətbiqi”, Daxili İşlər Nazirliyi Polis Akademiyasının əməkdaşı, müdavim Yusif Hüseynov “Kibercinayətkarlıqla mübarizənin aktual məsələləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Həmid Həmidov isə “Neyro linqvistik proqramlaşdırma” mövzularında məruzələrlə çıxış edəcəklər.