Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI FRANSADA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


Fransanın paytaxtı Parisdə “Qeyri-səlis sistemlər və Soft Computing tətbiqi” adlı XI  beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ)
quyuların qazılmasının texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev iştirak edib. Alim konfransda “Qeyri-müəyyənlik şəraitində quyuların işinin effektivliyinin artırılması məqsədi ilə statistik təhlil və qərar qəbul edilməsi” adlı məruzə ilə çıxış edib.  

Almaniyanın Zigen, ABŞ-ın Texas universitetləri, həmçinin Fransa və Türkiyənin müvafiq elm qurumları tərəfindən təşkil olunmuş konfransa Kanada, Polşa, İran, Kipr, Rusiya, Qazaxıstan və Özbəkistandan da alim və mütəxəssislər qatılıb.

Beynəlxalq konfransda qeyri-səlis sistemlər və onların tətbiqi istiqamətlərində 35-ə yaxın məruzə dinlənilib, həmçinin stend nümayişlər təqdim edilib.