Xəbərlər


AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU İLƏ ABŞ-IN MASSAÇUSETS TEXNOLOGİYA İNSTİTUTU ARASINDA MEMORANDUM İMZALANACAQ


Sentyabrın 11-də saat 12:30-da Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) GPS sistemi və proqramlarının müəlliflərindən biri olan Robert Reilinger ilə görüşəcək. 

Görüşdə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə MTİ arasında “Geodeziya və Geodinamika Laboratoriyası"nın yaradılması məqsədi ilə memorandum imzalanacaq.