Xəbərlər


AZƏRBAYCAN VƏ QONŞU ƏRAZİLƏRİN GEODİNAMİK ŞƏRAİTİ MÜZAKİRƏ EDİLƏCƏK


Bu il sentyabrın 8-də saat 11:00-da
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı” adlı beynəlxalq seminarın açılışı olacaq. AMEA Yer Elmləri Bölməsi və  ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MTİ) birgə təşkil etdiyi, Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də qatıldığı tədbirdə Azərbaycan və qonşu ərazilərin geodinamik şəraiti müzakirə ediləcək.

KİV-lər tədbirə dəvət olunur!