Xəbərlər


ALİMLƏR BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK ETMİŞLƏR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun alimləri Niderlandın Amsterdam şəhərində “Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının 76-cı konfrans və sərgisi – 2014” adlı beynəlxalq tədbirdə iştirak etmişlər.

Assosiasiyanın təşkil etdiyi tədbirdə institutun əməkdaşlarından Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin aparıcı elmi işçisi Gülxar İsmayılova, Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin kiçik elmi işçisi Şəlalə Hüseynova, Geotextonika və regional geologiya şöbəsinin elmi işçisi Fuad Əliyev, Neft və qaz yataqlarının geologiyası və geofizikası şöbəsinin mühəndisi Leyla Şıxova iştirak etmişlər.

Konfrans və sərgiyə 50-dən çox ölkədən 7000-ə yaxın alim qatılmışdır. Konfrans çərçivəsində keçirilmiş bölmə iclaslarında yer elmlərinin müxtəlif sahələrini əhatə edən mövzularda məruzələr dinlənilmişdir. F.Əliyev "Böyük Qafqazda seymik ərazilərin ocaq mexanizmləri", G.İsmayılova "Cənubi Xəzər hövzəsinin Oliqosen-Miosen çöküntülərinin kollektor xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqları (Cənub-Qərbi Qobustanın timsalında)", Ş.Hüseynova "Cənubi Xəzər Hövzəsinin qərb bortunda karbohidrogenlərin generasiyası və miqrasiyası: hövzə modelləşdirilməsinin nəticələri", L.Şıxova isə "Abşeron arxipelaqının Pirallahı yatağının petrofiziki parametrlərinin analizi" adlı məruzələrlə çıxış etmişlər.