Xəbərlər


GEOLOGIYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının Yer haqqında Elmlər Bölməsi institutunda (GGİ) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə ənənəvi bayram tədbiri keçirmişdir.

İnstitutun gənc alimləri tədbiri açaraq  uşaqları və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişlər. Geologiya və Geofizika, H. Əliyev adına Coğrafiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının 5-12 yaşlı uşaqları üçün nəzərdə tutulmuş tədbirin bədii hissəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının peşəkar akytorları iştirak etmişlər. İncəsənət ustaları uşaqlarla əyləncəli oyunlar keçirmiş, maraqlı sirk nömrələri təqdim etmişlər.  Tədbirdə uşaqların yaradıcılığını əks etdirən rəsmlər və əl işləri də nümayiş etdirilmiş, sonda hər bir uşağa hədiyyələr verilmişdir.