Xəbərlər


AZƏRBAYCAN ALIMLƏRI AVROPA GEOLOGIYA İTTIFAQININ ILLIK TOPLANTISINDA IŞTIRAK EDIBLƏR.


Azərbaycan alimləri Avropa Geologiya İttifaqı Baş Assambleyasının illik toplantısında iştirak ediblər.

27 aprel - 2 may 2014-cü il tarixlərdə Vyana şəhərində (Avstriya) keçirilən toplantıda ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Pərviz Məmmədov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli və geologiya-mineralogiya elmlər doktoru Ədalət Həsənov təmsil ediblər.

Dünyanın müxtəlif ölkələrindən 20 mindən artıq alim və mütəxəssisin iştirak etdiyi toplantıda İ.Quliyev, H.Quliyev və Q.Yetirmişlinin həmmüəllifi olduğu “Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası” mövzusunda məruzə təqdim olunub.