Xəbərlər


2013-CÜ İLDƏ ƏLDƏ EDİLMİŞ MÜHÜM ELMİ NƏTİCƏLƏR

 
 GEOLOGİYA İNSTİTUTU

1. Sıxlığın və faza keçidləri zonalarının Yerin dərinliyi üzrə paylanması qanunauyğunluqlarını, müxtəlif dərinliklərdə azsıxlıqlı sahələrin, boşluqların, sürüşməyə qarşı kiçik sərtlikli zonaların (dalğa ötürücülərin), ərinmiş kütlə və kütlə hərəkətinin bir başa maye nüvənin təsiri ilə bağlı olmayan avtonom generasiya ocaqlarının əmələgəlməsini  təyin edən geoloji mühitin deformasiya mexanizmləri kompleksi nəzəri tədqiqatlarla müəyyən edilmişdir.
     İcraçı: AMEA müxbir üzvü H.H.Quliyev.

2. Çöküntü qatında kvazisinxron sedimentasiya komplekslərinin və neft-qaz perspektivli sedimentasiya cisimlərinin ayrılma metodikası işlənib hazırlanmışdır.
     İcraçı: AMEA müxbir üzvü P.Z.Məmmədov.

3. Müəyyən edilmişdir ki, senon-paleosen hüdudlarında Fars-Qafqaz seqmenti kolliziya geodinamik təkamülün bərqərar olması ilə əlaqədar paleogen vulkan-plutonik qurşaqları (VPQ) formalaşır və onlarda maqmatizmin xüsusi tektonik vəziyyətdə təzahürü petrologiyada bizim tərəfdən adlandırılan cəmlənmiş maqmatizm düyünü (CMD) əmələ gətirir.
     
İcraçı: g.-m.e.d. M.İ.Rüstəmov.


ARDNŞ “Neftqazelmitədqiqatlayihə” İnstitutu

4. Qərbi Abşeronun Lökbatan, Puta-Quşxana və Korgöz-Qızıltəpə sahələrində Miosen-Oliqosen çöküntülərində seysmik horizontların pazlaşdığı zonalar müəyyənləşdirilmiş və bu ərazilərdə neft-qaz perspektivli qeyri-antiklinal tələlərin yaranması üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitin olması seysmostratiqrafik və struktur formasiya araşdırılmaları nəticəsində əsaslandırılmışdır.
     İcraçılar: Y.H.Qənbərov, M.S.İbrahimli, N.R.Ağamaliyeva.