Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI QAZAXISTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


Atırau şəhərində Qazaxıstanın görkəmli geoloqu, akademik Muftax Diarovun 80 illik yubileyinə həsr olunmuş “Ekologiya və neft-qaz kompleksi” adlı beynəlxalq elmi konfrans keçirilib.  Tədbirə Qazaxıstandan əlavə Özbəkistan, Azərbaycan və Rusiyadan  ümumən 250-dən çox alim və mütəxəssis qatılıb.

Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev təmsil edib. O, tədbirdə “Qazma tullantılarının su mühitində çökməsi və onun bulanmasına təsiri” adlı məruzə ilə çıxış edib. Azərbaycan alimi həmçinin, konfransın 7 seksiyasından birinin iclasının sədri olub.