Xəbərlər


AZƏRBAYCAN ALİMİ TİFLİSDƏ KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB


Gürcüstanın paytaxtı Tiflisdə “Xəzər dənizindən Aralıq dənizinə qədər: ətraf mühitin dəyişməsi və insanın rolu” adlı beynəlxalq elmi konfrans keçirilib. konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun  Neft və qazın gelogiyası və geokimyası şöbəsinin rəhbəri,  AMEA-nın müxbir üzvi, professor Əkbər Feyzullayev də iştirak edib. Alimin “Uzun illər işlənmədə olan yataqlarda müasir deformasiya prossesləri və ekoloji nəticələri” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Ümumən 15-ə yaxın ölkədən 65 məruzənin dinlənildiyi tədbirdən məqsəd təbii prosseslərin və insan fəaliyyətinin ətraf mühitə təsirini müəyyən etmək, yarana biləcək fəsadların azalması yollarını işləyib hazırlamaq olmuşdur.