Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN ELMİ-TEXNİKİ BAZASI GÜCLƏNDİRİLİR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu yeni elmi-tədqiqat avadanlıqları almışdır. Yaponiya istehsalı olan “Rigaku Miniflex
600” markalı cihaz rentgen faza analizi, ABŞ-dan alınmış “İCP-MS 7700” isə element tərkibinin analizi üçün mükəmməl imkanlara malikdir.

Bunlardan əlavə, instituta nümunələrin analizə hazırlanması üçün Almaniyadan kompleks avadanlıq “HERZOG” və ionsuzlaşdırılmış su hazırlamaq üçün xüsusi qurğu “PURELAB Option – Q” də gətirilmişdir. Bütün bu elmi-texniki avadanlıqlar hazırda Geologiya İnstitutunun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”ndə istifadə olunur. Mərkəzin rəhbəri Nazim Sadıqov bildirmişdir ki, yeni laborator cihazlar dövlətin maliyyə vəsaiti hesabına əldə olunmuşdur. Yaxın gələcəkdə institutun elmi-texniki bazasının digər yeni avadanlıqlarla daha da gücləndirilməsi gözlənilir.