Xəbərlər


ŞAGİRDLƏRƏ ZƏLZƏLƏLƏRDƏN BƏHS OLUNDU


Fevralın 8-də 175 nömrəli orta məktəbdə Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri 8-11-ci sinif şagirdləri ilə görüşdülər. Tədbirdə geoloqlar yerin dərinliklərində baş verən təbii proseslər, o cümlədən zəlzələlərin necə baş verdiyindən danışdılar. Sonra, şagirdlərlə birgə Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya edildi.

Məktəblilərlə görüş “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada çərçivəsində təşkil olunub. Xatırladaq ki, olimpiada Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkilatçılığı və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə keçirilir. Məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaqdır.