Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNDA GƏNC ALİMLƏR ÜÇÜN RƏQƏMSAL XƏRİTƏÇƏKMƏ PROQRAMI TƏDRİS OLUNUR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Şotlandiyanın Midland Valley Şirkətinin “MOVE” rəqəmsal proqram təminatı tədris olunur. İsveçrənin Friburq Universitetinin dəstəyi ilə təşkil olunmuş kursu Niderlandın 4D GEO Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klapanburq aparır.

Proqram yer elmlərinin müxtəlif sahələrində 3D modelləşdirilməsi üzrə tədqiqatlar aparmaq üçün istifadə oluna bilər.  Onun vasitəsi ilə yerin dərinliklərini təsvir edən xəritələri və profilləri rəqəmsallaşdırmaq mümkündür. Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilib.