Xəbərlər


PALÇIQ VULKANLARI İLƏ 25 NOYABR ZƏLZƏLƏSİNİN ƏLAQƏSİ ÖYRƏNİLİR

 
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənir. Bu niyyətlə institutun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər etmiş və iki ay müddətində müştərək tədqiqatlar aparılmışdır. Dekabrın 12-də başa çatacaq işlər “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi”  mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilir. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirməkdir.

Artıq Q.Babayev və adıçəkilən universitetin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Alessandro Tibaldi birlikdə müəyyən nəticələr əldə etmişlər.