Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞLƏR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və şöbənin aparıcı elmi işçisi Azər Qədirov Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak ediblər. Türkiyə, Azərbaycan və Koreya alimləri üçün təşkil olunmuş tədbir “KAT 2012” adı altında həyata keçirilib. Məqsəd 3 dövlətin elmi-tədqiqat qurumları arasında əməkdaşlığı gücləndirmək, o cümlədən təcrübə mübadiləsini genişləndirmək olmuşdur.

Simpoziumda Türkiyənin Pamukkale və Dokuz Eylül universitləri, Koreyanın isə Pukyonq Universiteti də təmsil olunublar. Tədbirdə F.Qədirov "Cənubi Xəzər Çökəkliyinin kəsən Albors-Abşeron astanası regional profilinin dərinlik qruluşunun qravitasiya modeli", A.Qədirov isə “Azərbaycan ərazisinin seysmik titrəmə xəritəsi” adlı məruzələr ilə çıxış ediblər. Azərbaycan alimlərinin çıxışları maraqla qarşılanıb.