Xəbərlər


GEOLOGİYA İNSTİTUTU GƏNC ALİMLƏR ÜÇÜN BEYNƏLXALQ FORUM KEÇİRƏCƏK


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2013-cü ildə
gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” adlı növbəti beynəlxalq ənənəvi forumunu keçirəcək. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunacaq.

Forumun keçirilməsi Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qərara alınıb. Yığıncaqda AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bu beynəlxalq tədbirin gənc alimlər üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, konfrans gənc alimlərin yeni elmi tədqiqat işləri ilə tanış olması və təcrübə mübadiləsi aparması baxımından böyük fayda daşıyır.  Akademik onu da qeyd edib ki, iki ildən bir keçirilən tədbir beşinci dəfə təşkil olunacaq. Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov tədbirlə əlaqədar nəzərdə tutulan məsələlər haqda məlumat verib.

Tədbirdə iştirak etmək istəyənlər Geologiya İnstitutunun Gənc Alimlər Şurası ilə əlaqə saxlaya bilər (e-mail: [email protected]).