Xəbərlər


BAKIDA BÖYÜK DƏRİNLİKLƏRİN NEFT VƏ QAZ YATAQLARININ AXTARIŞINA DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

 
Bakıda 12-14 iyun 2012-ci il tarixində “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz” adlı I Beynəlxalq Konfrans keçiriləcək. Konfransın təşkilatçıları Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyası Neft və Qaz Problemləri İnstitutu və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetidir. Dünyada bu mövzuda ilk dəfə təşkil olunan tədbirdə 9 ölkə, o cümlədən ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digərlərinin iştirakı gözlənilir.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “bp” tərəfində maliyyələşdirilən konfransdan məqsəd dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşməkdir.
 
Tədbirin ilk 2 günü məruzə və müzakirələrdən ibarət olacaq. Ayın 14-də isə Qirməki vadisinə və palçıq vulkanlarına ekspedisiya təşkil ediləcək.
 
Konfransın açılış mərasimi iyunun 12-də saat 10:00-da AMEA-nın əsas binasının dairəvi zalında olacaq. Sonra çıxışlar və müzakirələr “Crescent Beach Hotel”də davam etdiriləcək.
 
KİV nümayəndələri tədbirə dəvət olunur.