Xəbərlər


Rusiya Elmlər Akademiyasinin akademiki Aleksandr Qliko AMEA Geologiya İnstitutunda olmuşdur


Rusiya Elmlər Akademiyası Yer Fizikası İnstitutunun direktoru, Yer elmləri bölməsinin akademik katibi Aleksandr Qliko Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olmuşdur. Qonağı AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qəbul etmişdir.



Görüş adları qeyd olunan iki institut arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyırdı. Bu istiqamətdə müzakirə aparan akademiklər birgə əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmişlər. Əldə olunmuş razılığa görə, hər iki institutun alimləri geodinamika, geotermiya, paleomaqnetizm və seysmologiya sahələrində birgə tədqiqatlar aparacaqlar.


A.Qliko Azərbaycanda Geologiya İnstitutu tərəfindən geodinamika sahəsində aparılan GPS (qlobal yer təyinetmə sistemi) tədqiqatlarının yüksək səviyyədə olduğunu qeyd etmişdir. O, həmçinin Azərbaycanın seysmik şəbəkəsini MDB-də ən yaxşı təchiz olunmuş seysmik sistemlərdən biri kimi qiymətləndirmişdir.


Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.

 
Əlaqə telefonu: (994-12) 497 44 81
(994-12) 510 01 41 (daxili- 162)