Xəbərlər


Görkəmli alim Tofiq Həsənovun anadan olmasinin 90 illiyi qeyd ediləcək






Oktyabrın 14 saat 1100-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda görkəmli alim, paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru professor Tofiq Abdulla oğlu Həsənovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.


Tədbirdə giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə çıxış edəcək, mərhum alimin şərəfli həyat yolundan danışacaq. Sonra yetirmələri yubilyarın həyat və yaradıcılığına dair çıxışları davam etdirəcək, xatirələr dinləniləcək.


KİV-lərin nümayəndələri yubiley tədbirinə dəvət olunur.


Ünvan: Hüseyn Cavid pr. 29A, Geologiya İnstitutu (konfrans zalı III mərtəbədədir).


Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.


Əlaqə telefonu: (994-12) 497 44 81
(994-12) 510 01 41 (daxili- 162)