Xəbərlər


Geologiya İnstitutunda dövlət müstəqilliyinin bərpasinin 20-ci il dönümü və ölkədə geokimya elminin inkişaf tarixinə həsr olunmuş elmi sessiya keçiriləcək


İyunun 28-də saat 1100-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda “Azərbaycanda geokimya elminin inkişafı” mövzusunda elmi sessiya keçiriləcək. Tədbir “Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20 illiyi” və 2011-ci ilin Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq kimya ili elan edilməsi münasibəti ilə təşkil olunur. Elmi sessiyada alimlər son 20 ildə Azərbaycanda geokimya elminin inkişaf tarixindən bəhs edəcəklər.
KİV-lərin nümayəndələri tədbirə dəvət olunur.


Ünvan: Hüseyn Cavid pr. 29A, Geologiya İnstitutu, III mərtəbə.


Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.