Xəbərlər
Gənc alimlərin seminarı
11.05.2011
AMEA Geologiya İnstitutunun gənc alimlərinin elmi fəaliyyətini aktivləşdirmə məqsədi ilə İnstitutun Gənc Alimlər Şurası (GAŞ) gəclər üçün seminar keçirilməsini qərara alıb.
Seminarın məqsədi tələbələri (bakalavrları, magistrları) və doktorantları Geologiya İnstitutunun elmi istiqamətləri ilə tanış etmək və həmçinin ixtisasları üzrə elmi biliklərini, prezentasiyalara hazırlaşma bacarıqlarını inkişaf etdirməkdir.