GİA

CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN AZƏRBAYCAN HİSSƏSİNİN KARBOHİDROGEN POTENSİALININ VƏ GEODİNAMİKASININ ÖYRƏNİLMƏSİNƏ DAİR 2007-2014-CÜ İLLƏR ÜÇÜN TƏDBİRLƏR PROQRAMI



Azərbaycan Respublikası Nazirlər Kabineti
“Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramını”nın təsdiq edilməsi haqqında


Qərar №98

Bakı şəhəri, 18 iyun 2007-ci il


Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


1. “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).



2. Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı dövlət təşkilatları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.


3. Tədbirlər Proqramının maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində Azərbaycan Milli Elmlər Akademiyası üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilsin.


4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş Naziri


A. Rasi
-zadə


Sərəncamı yüklə





09.12.2010     Çap et  Çap et