GİA

AMEA-nın 75 İLLİYİ MÜNASIBƏTİLƏ ÜMUMRESPUBLİKA OLİMPİADASI KEÇİRİLƏCƏK


11 vefral 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadası keçirilir.

Bu il may ayının 27-nə kimi davam edəcək tədbirdən məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmlə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcəkdir. Birinci mərhələdə onlar təqdim ediləcək 2 mövzunun izahlı cavabından ibarət esseni (Azərbaycan və ya rus dilində, 5 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi-təşkilat Komitəsinin qiymətləndirməsindən sonra final mərhələyə yüksələn essenin müəllifləri geologiyaya və geofizikaya dair 20 sualı cavablandıracaqlar. Ən yüksək bal toplayan tələbələr müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
III yer – 400 AZN

Müsabiqədə iştirak üçün qeydiyyat mart ayının 20-nə kimi aparılır.











11.02.2020     Çap et  Çap et