GİA

ELMİ DƏRƏCƏLƏR VERİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ İLƏ TANIŞLIQ


11 dekabr 2019-cu il

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) ED 1.01 Dissertasiya şurasının birinci iclası keçirilib. İclasa fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün yazdıqları dissertasiya işlərinin ilkin müzakirəyə təqdim etməyə hazırlaşan, həmçinin dissertasiya işləri müdafiə ərəfəsində olanlar dəvət olunublar.

İclası giriş sözü ilə açan Dissertasiya şurasının sədri, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu Əsasnamədə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi dərəcələr verilməsi qaydası və şərtləri müəyyən edilib.

Ə.Feyzullayev GGİ nəzdində 2507.01 – «Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları», 2521.01 – «Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı» ixtisasları üzrə yer elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi ED 1.01 Dissertasiya şurasının yaradılması və tərkibi haqqında 01.11.2019-cu il tarixli F-66 nömrəli əmri ilə şura üzvlərini tanış edib.

Sonra dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva elmi dərəcələrin verilməsinə dair yeni qaydaları və 04.12.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müvafiq dissertasiya şuralarının elmi katiblərinin iştirakı ilə keçirilmiş seminarın nəticələri ilə şura üzvlərini tanış edib. İclasda şura üzvlərinin və iddiaçıların sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflər səsləndirilib.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]
 





11.12.2019     Çap et  Çap et