GİA

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” SEMİNARI


1 noyabr 2016-cı il

2016-cı il noyabr ayının 24 saat 1500-da Geologiya və Geofizika İnstitutunun akt zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçiriləcəkdir.

Seminarın mövzusu: “Yerin bərk nüvəsi haqqında yenilik”. Məruzəçi: akademik H.H. Quliyev.

Seminara “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.
 





01.11.2016     Çap et  Çap et