GİA

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ŞAGİRDLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları elmin gənclər arasında kütləvi təbliğini uğurla davam etdirir. Bü günlərdə institut 291 №-li “ARAZ” Ekologiya Liseyi və Texniki Yaradıcılıq Mərkəzində yuxarı sinif şagirdləri ilə görüşüb, onlar üçün geologiya elminin müxtəlif mövzularında çıxışlar ediblər. Akademik İbrahim Quliyev liseydə neftin əmələ gəlməsi, əhəmiyyəti və çıxarılma texnologiyası haqqında danışıb. Geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov isə lisey və yaradıcılıq mərkəzində ekologiyanın müasir qlobal problemlərindən danışıb.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  keçirilmiş görüşlər zamanı məktəblilərə neft, palçıq vulkanları, geoloji irs və digər sahələrə aid məlumat xarakterli əyani vəsaitlər təqdim olunub. GGİ-nin nəşri olan bu hədiyyələr, həmçinin alimlərin çıxışları şagirdlər tərəfindən maraqla qarşılanıb.
















 






04.03.2016     Çap et  Çap et