GİA

YERALTI SULARIN HƏRƏKƏT VƏ TEMPERATUR GÖSTƏRİCİLƏRİNİN DƏQİQ MONİTORİNQİ APARILACAQ


Şamaxıda yeraltı sularda zəlzələlərdən qabaq baş verən dəyişikliklərin dəqiq monitorinqi aparılacaq. Belə ki, Almaniyanın Qotenberq Universitetinin professoru Güter Buntebart yeraltı suların hərəkəti və temperatur şəraitinin daha dəqiq monitorinqini aparamağa imkan yaradan yeni cihaz ixtira edib. Alim yeni avadanlığı Qafqaz regionunda ilk dəfə Gürcüstanda sınaqdan keçirib və onu Azərbaycanda da təcrübədən keçirmək niyyətindədir. O, elmi tədqiqat cihazının bir nümunəsini Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutuna hədiyyə edib.

İnstitutun hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Yusif İsrafilov bildirir ki, avadanlıq Respublika Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda yerləşən poliqonunda su quyularının birində quraşdırılacaq. Nümunəvi monitorinq seysmik baxımdan aktiv zona olan bu rayonda elmi əhəmiyyətli nəticələr verərsə geniş miqyaslı tədqiqatlara başlanıla bilər. 
Sözügedən cihaz hidrogeologiyanın digər istiqamətlərində də tədqiqatlar aparmağa imkan verir.





12.12.2013     Çap et  Çap et