GİA

GEOLOGİYA İNSTİTUTUNUN GƏNC ALİMLƏR ÜÇÜN RESPUBLİKA MİQYASLI MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR

 
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkil etdiyi Yer elmləri sahəsində ən yaxşı elmi tədqiqat işi üzrə respublika miqyaslı II müsabiqə başa çatmışdır. Bu ilin fevralında elan edilmiş müsabiqəni 6 nəfər qazanmışdır.

Xatırladaq ki, müsabiqədə yaşı 35-ə qədər olan doktorant, magistr, bakalavr və elmi tədqiqat aparan digər gənclər qatılmışlar.  Layihəyə Geologiya İnstitutundan əlavə, Coğrafiya, Kimya və Radiasiya problemləri institutları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetindən elmi məqalələr təqdim olunmuşdur.

Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun dediyinə görə, birinci yeri tutan elmi tədqiqat işinin müəllifinə 800, ikinci 400, üçüncü yerin sahibinə isə 250 manat mükafat nəzərdə tutulmuşdur. Qaliblər arasında həvəsləndirici mükafatlar da alanlar vardır.



Müsabiqə Azərbaycan Geoloqları Milli Komitəsinin dəstəyi ilə keçirilmişdir. Məqsəd gənc alimlərin daha da stimullaşdırılması və maddi durumuna yardım etməkdir.
 





29.06.2012     Çap et  Çap et