GİA

“Nadir geoloji obyektlərin Azərbaycan Respublikasinda müəyyən edilməsinin elmi əsasları” mövzusunda seminar



19 oktyabr 2011-ci il tarixində AMEA Geologiya İnstitutunun akt zalında «Nadir geoloji obyektlərin Azərbaycan Respublikasinda müəyyən edilməsinin elmi əsasları» mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
 

Məruzəçi: Ş.Ə. Babayev (g.-m.e.d.)
 
 
Nadir geoloji obyektlər – qorunan və ya qorunmağa ehtiyacı olan və elmi, mədəni və tarixi əhəmiyyətə malik obyektlərdir.

 
Bu obyektlərin qorunması, onların daha dərindən tədqiq edilməsi, xarakter cizgilərinin, təkrarolunmaz gözəlliyinin turizm məqsədilə qorunması, gəncliyin dünyagörüşünün geniş ləndirilməsi və gələcək nəsillərə çatdırılması kimi zəruridir.

 
Geoloji irsin bir çox obyektləri (GİO) tam və ya qismən məhv edilmə təhlükəsi altındadırlar. Özü də bunların bəziləri hətta ümumdünya irsinə daxildirlər. Digər tərəfdən dünyanın bir çox ölkələrində qorunan təbii ərazilər, yalnız nominal qorunurlar və onlarda yerləşən GİO əsas qorunma obyektləri olmayıb, tələb olunan şəkildə istifadə edilmirlər. Belə vəziyyət bu sahədəki tədqiqatların aktualliğını şərtləndirir.

 
Ölkəmizin geoloji müxtəlifliyinə üz verə biləcək itkilər NGO qorunması üçün ciddi və təxirəsalınmaz tədbirlərin qəbul edilməsini tələb edir.

 
AMEA Geologiya İnstitunda tərtib edilmiş «Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı (2009-2012 i.i.)» (Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 avqust 2008-ci il № 299s Sərəncamı ilə təsdiq edilmişdir) bu məsələnin həllinə yönəlmişdir.

 
Planlaşdırılmış tədbirlərin həyata keçirilməsində 2009-cu ildən başlayaraq AMEA Geologiya İnstitutunun aparıcı alimləri və mütəxəssisləri (baş taşkilat) və Azərbaycan Respublikasının bir sıra Nazirlikləri – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi iştirak edirlər.

 
Nadir geoloji obyektlərin tiplər üzrə təsnifatı, stratiqrafik, paleontoloji, mineraloji, filiz-petroqrafik, geokimyəvi, geotektonik, geomorfoloji, hidroloji-hidrogeoloji və tarixi-dağ-mədən tiplərini əhatə edir.

 
Geoloji meyarlara görə GİO 4 əhəmiyyətlilik səviyyəsi ayrılır (Лапо и др., 1993): qlobal, milli, regional, lokal NGO identifikasiyası zamanı əsas meyarlardan başqa əlavə meyarlardan da istifadə edilir.

 
GİO qorunma dərəcəsinin qiymətləndirilməsi mərhələli aparılır. Birinci mərhələdə obyektin vəziyyəti vizual təyin edilir. O şərti olaraq dörd səviyyə ilə ifadə oluna bilər (A – obyekt təbii, B – kvazisabit, C – qismən pozulmuş, D – dağılmış vəziyyətlərə uyğun gəlir).

 
Yaxın illərdə dövlət tərəfindən qorunan NGO inventarlaşmasının başa çatdırılması, yeni NGO identifikasiya meyarlarına cavab verən, geosaytların axtarışını tamamlamaq, geokonservasiyanın informasiya bazasını yaratmaq və bu məqsədlə: a) «Azərbaycanın geoloji irsi» monoqrafiyasını və «Azərbaycanın geosaytları» kataloqunu hazırlamaq və nəşr etmək; b) Azərbaycanın geosaytları barədə tam məlumatlar bazası yerləşmiş tematik veb-saytın tərtibi və İnternetə daxil edilməsi; c) «Azərbaycanın geoloji irsinin qorunan və qorunması təklif olunan obyektləri» xəritəsini hazırlamaq və nəşr etmək.

 
Bu işlərin tam həcmdə yerinə yetirilməsi gələcək nəsllər üçün qiymətsiz geoloji irsin – azərbaycan xalqının milli sərvətitin qorunmasına və saxlanmasına imkan yaradar. 





19.10.2011     Çap et  Çap et