Avtoreferatlar
Fanerozoyda Aralıq dənizi qurşağı Xəzər-Qafqaz seqmentinin geodinamikası və maqmatizmi
Rüstəmov Muxtar İ.
(2010)
Xəzər-Qafqaz seqmentinin fanerozoy geoloji inkişaf tarixində Paleotetisi və Mezotetisi səciyyələndirən kompleks məlumatlar araşdırılmış və hər bir tektonik tsikldə geodinamik şəraitin müntəzəm dəyişməsi və maqmatizmin zaman-məkan baxımından təzahürünün qanunauyğunluğu aşkar edilmişdir. Litosfer plit nəzəriyyəsi əsasında Paleotetisin, Neo-Paleotetisin, Mezotetisin yüksək məlumatlı paleotektonik xəritələri və modelləri dönüş geodinamik mərhələlər üzrə tərtib olunmuşdur.
Filiz və karbohidrogen yataqlarının Aralıq dənizi Mərkəzi seqmentində ümumiyyətlə dərinlik qırılma zonalarında formalaşması qanunauyğunluğunun aşkar edilməsilə tədqiqatların əsas elmi-təcrübi nəticələridir. Seqmentin daxili maqmatik sahəsində endogen filizəmələgəlmə prosesləri qəti olaraq filiz-maqmatik sistemlərində təzahür edərək müxtəlif morfogenetik tipli güməzvari – həlqəvi vulkan-tektonik strukturlarda yerləşirlər. Karbohidrogen yataqları seqmentin cinah kənar sinxron amaqmatik sahələrində yayılmış və müxtəlif geodinamik tipli dib struktura malik olan çöküntü hövzələrinin neft-qaz sistemlərində toplaşırlar.