Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
YAP YASAMAL RAYON TƏŞKİLATININ XII KONFRANSI KEÇİRİLİB
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının XII konfransı keçirilib.
Konfransda rayon təşkilatının ötən beşillik fəaliyyətinə nəzər salınıb, görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Hesabat məruzəsi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev təşkilatın fəaliyyəti, ərazi partiya təşkilatları ilə əməkdaşlığın və qarşılıqlı koordinasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, rayon təşkilatı hazırda 103 ərazi partiya təşkilatını və 33 mindən çox üzvü birləşdirir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və digər natiqlər çıxış ediblər.
Tədbirdə akademik Akif Əlizadə, eləcə də Geologiya İnstitutunun əməkdaşları Nağı Nağıyev və Bahar Sadiqova iştirak ediblər.
Konfransın sonunda rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və YAP-ın VIII qurultayına nümayəndələr seçilib.