Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 May 2024 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ SEMİNAR KEÇİRİLİB

AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası gənclərin növbəti elmi seminarını keçirib.

Seminarı giriş sözü ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev təqdimat üçün sözü doktorant Samir Zeynalova verib.

Samir Zeynalov “Naftalan müalicəvi və yanacaq neftlərinin geokimyəvi və geoloji aspektdə müqayisəli tədqiqi” mövzusunda (elmi rəhbər AMEA-nın müxbir üzvü Dadaş Hüseynov) təqdimatla çıxış edib. Məruzəçi Naftalan yatağında istismar məqsədi və fiziki-kimyəvi xüsusiyyətlərinə görə seçilən iki fərqli neft haqqında məlumat verib, yataq daxilində iki fərqli tip neftin mövcudluğunu məhz onun tektonik şəraiti ilə əlaqəli olduğunu bildirib. Sözügedən neft nümunələrinin karbohidrogen tərkibinin xromatoqrafiya-mass spektrometriya üsulu ilə təyin edildiyi diqqətə çatdırılıb. Aparılmış tədqiqatlar nəticəsində Naftalan müalicəvi və yanacaq neftlərinin karbohidrogen tərkibinə və biomarkerlərin ümumi faiz nisbətinə görə bir-birindən fərqli, lakin geokimyəvi parametrlərə əsasən neftlərin genetik olaraq eyni mənşəli olduğu müəyyən olunub.

Gənc doktorantın təqdimatında səslənən elmi mülahizələr iştirakçıların marağına səbəb olub. Həmçinin çoxsaylı suallara aydınlıq gətirilib, mövzu üzrə çıxışlar olub.

next
next